“Avropa sanksiyalarının ləğvi yekun sülh razılaşmasının bir hissəsi olmalıdır. Bunun üçün Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna üzrə sülh danışıqlarında iştirak etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio
Parisdə Fransa və Britaniya hakimiyyət orqanları ilə danışıqlardan sonra bildirib.
“Rusiyaya qarşı sanksiyaların bir hissəsi Aİ-nin tətbiq etdiyi sanksiyalardır. Biz onları ləğv edə bilmərik. Beləliklə, bu sanksiyaların ləğvi nə vaxtsa razılaşmanın bir hissəsi olacaqsa, Aİ ölkələri də bu danışıqlarda iştirak etməlidir”, – Rubio əlavə edib.