ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barrot arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.
“Dövlət katibi ABŞ-Fransa müttəfiqliyinin Amerika xalqının təhlükəsizliyi və rifahının əsası olduğunu təsdiq edib. Xarici siyasət rəhbərləri Vaşinqton və Paris arasında ikitərəfli tərəfdaşlığın daha da gücləndirilməsi yolları, eləcə də Qərbin müdafiə xərcləri ilə bağlı məsələlər barədə də müzakirələr aparıblar”, – Bryus qeyd edib.