Xəbərlər

Rubio Hindistan və Pakistan dövlət nümayəndələri ilə danışıqlar aparıb

ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı Hindistanın Baş naziri Ajit Doval, Baş nazirin milli təhlükəsizlik üzrə müşaviri və Pakistanın milli təhlükəsizlik müşaviri və Xidmətlərarası Kəşfiyyatın baş direktoru Məhəmməd Asim Maliklə ayrı-ayrılıqda telefon danışığı aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamenti məlumat yayıb.

“Bu gün günortadan sonra Rubio telefonla Hindistan və Pakistanın milli təhlükəsizlik müşavirləri ilə danışdı. O, hər ikisini kommunikasiya xətlərini açıq saxlamağa və gərginliyin qarşısını almağa çağırdı”, – departamentdən bildirilib.