ABŞ dövlət katibi Marko Rubio və Almaniyanın xarici işlər naziri Annalena Berbok arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Dövlət katibi sülh və rifah üçün ABŞ-Almaniya münasibətlərinin gücünü və əhəmiyyətini bir daha təsdiqlədi. Tərəflər müdafiə sahəsində əməkdaşlıq, Yaxın Şərq və Hind-Sakit okean regionunda sabitlik də daxil olmaqla, qarşılıqlı maraqların geniş spektri üzrə əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər”, – məlumatda bildirilib.