Rumıniya prezidenti Klaus İohannis fevralın 12-də istefa verəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
“Bu gün Rumıniya parlamenti prezidentin vəzifəsindən kənarlaşdırılması proseduruna başlayıb. Bir neçə gündən sonra Rumıniya parlamenti mənim istefama səs verəcək və Rumıniya böhran vəziyyətində qalacaq, çünki prezidentin istefası ilə bağlı referendum başlayacaq”, – Rumıniya mətbuatı prezidentdən sitat gətirib.