“Rumıniya Ukraynaya sülhməramlı qoşun göndərməyəcək. Prezident səlahiyyətlərini icra edən İlie Bolojan martın 6-da keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində bu mövqemizi bəyan edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Rumıniyanın dövlət naziri Marsel Çiolaku mətbuata müsahibəsində deyib.
“Xeyr. Mən qüvvələrin Ukraynaya yerləşdirilməsi ilə razı deyiləm və mən bu barədə prezident səlahiyyətlərini icra İlie Bolojanla danışmışam və bu, onun Avropa Şurasına təqdim edəcəyi qərardır. Rumıniya Ukrayna ərazisinə hərbi qüvvələr göndərməyəcək. Bizim birinci məqsədimiz odur ki, sülh olsun”, – nazir qeyd edib.