Xəbərlər

Rusiya: ABŞ bütün Yaxın Şərqi fəlakətə sürükləyir

“Vaşinqton təkcə Fələstin və İsraili deyil, bütün Yaxın Şərqi fəlakətə sürükləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu “Valdai”  klubunun XIII Yaxın Şərq konfransında çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Yaxın Şərq proseslərində amerikalılar regionda öz dominantlığına güvənməyə üstünlük verirlər və Rusiyanı davamlı sülh və sabitliyin bərqərar olması üçün şərait yaratmaq məqsədillərindən uzaqlaşdıraraq müxtəlif beynəlxalq səylərdən kənarlaşdırmağa çalışırlar”, – nazir qeyd edib.