Xəbərlər

Rusiya ABŞ-ın İrana qarşı təhdidlərini yersiz hesab edir

“Moskva Vaşinqtonun Tehrana qarşı güc tətbiq etməklə bağlı hədələrini yersiz hesab edir və bunu pisləyir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Ultimatumlar verilir, hədə-qorxular eşidilir. Biz belə üsulları yersiz hesab edirik və pisləyirik”, – o qeyd edib.