Rusiya BMT Təhlükəsizlik Şurasını Sudanın daxili işlərinə müdaxiləsini dayandırmağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Sudan üzrə iclasında deyib.
“İndiki mərhələdə əsas prioritet Sudanda atəşkəs rejimi olaraq qalır. Atəşkəs olmadan mülki əhalinin müdafiəsi, humanitar yardımın təmin edilməsi, qadın və uşaqları zorakılıqdan xilas etmək üçün hər hansı tədbirin heç bir nəticəsi olmayacaq. Yalnız münaqişə tərəflərinin özləri atəşkəs barədə razılığa gələ bilərlər”, – o əlavə edib.