Xəbərlər

Rusiya, Çin və İran Moskvada nüvə görüşü keçirəcək

Aprelin 7-8-də Moskvada Rusiya, Çin və İran arasında İranın nüvə proqramı üzrə üçtərəfli məsləhətləşmələr keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai məlumat verib.

“Bu gün və ya sabah Moskvada daha bir üçtərəfli görüş keçiriləcək, orada Çin, Rusiya və İran nüvə problemi ilə bağlı müxtəlif aspektləri, Birgə Hərtərəfli Fəaliyyət Planını və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini müzakirə edəcək”, – diplomat bildirib.