Xəbərlər

Rusiya Əfqanıstana təxminən 1,3 min ton humanitar yardım bağışlayıb

Rusiya BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Əfqanıstanın şimalında yerləşən Bəlx əyalətindəki ofisinə 1280 ton un bağışlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Əfqanıstan mətbuatı məlumat yayıb.

Verilən məlumata görə, yüklərin təhvil-təslim mərasimində iştirak edən Rusiyanın Məzari-Şərifdəki Baş Konsulluğunun nümayəndələri ölkələrinin BMT-nin ÜƏP ilə əməkdaşlıq çərçivəsində Əfqanıstan xalqını dəstəkləməyə sadiqliyini vurğulayıblar.