“İsrailin işğal olunmuş Fələstin ərazisindəki hərəkətləri qanunsuzdur və insanlıq böhranına gətirib çıxarır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciətində bildirilib.
“Bu gün biz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin fəaliyyətinin İsrail tərəfindən sistematik şəkildə bloklanmasının fonunda insanlıq böhranı ilə üzləşirik. Qəzza aclıq astanasındadır. Xəstəxanalar xarabalığa çevrilib”, – Rusiya adından danışan Maksim Musixin bildirib.