Xəbərlər

Rusiya sülhməramlıları Azərbaycanı tam tərk ediblər

“Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.