Xəbərlər

Rusiya və İsrail nümayəndələri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Yoş Zarka və Yuval Fuks ilə işgüzar görüşlər keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Fələstin-İsrail münaqişəsinin siyasi həlli vurğulanmaqla Yaxın Şərqin əsas problemləri üzrə fikir mübadiləsi aparılıb.

“Eyni zamanda, siyasi dialoqun inkişafına və Rusiya-İsrail qarşılıqlı fəaliyyətinin konstruktiv xarakterini qorumağa qarşılıqlı sadiqlik təsdiqlənib”, – səfirlik bildirib.