Xəbərlər

Rusiyada PUA qəzaya düşüb

“Rusiyanın Rostov vilayətində pilotsuz uçuş aparatının (PUA) qəzaya uğraması nəticəsində sənaye binasına ziyan dəyib, bir nəfər yaralanıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib.

“Fövqəladə Hallar Nazirliyinin yenilənmiş məlumatlarına görə, Kamenskdə PUA qalıqlarının düşməsi nəticəsində sənaye binasının şüşələri zədələnib. Müəssisənin işçisi yüngül xəsarətlər alıb, ona ilkin tibbi yardım göstərilib. O, xəstəxanaya yerləşdirilməkdən imtina edib”, – Qolubev söyləyib.

Qeyd edilib ki, hava hücumundan müdafiə qüvvələri Rostov vilayətində Kamensk-Şaxtinski yaxınlığında üç pilotsuz uçuş aparatını məhv edib. Hadisə ilə bağlı araşdırmalar aparılır.