Rusiyanın Baş naziri Mixail Mişustinin Ermənistana səfər edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya hökuməti məlumat yayıb.
“Daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və enerji sektorlarında qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetiriləcək”, – məlumatda vurğulanıb.
Qeyd edilib ki, Mixail Mişustin oktyabrın 1-də İrəvanda keçiriliəcək Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun (EEF) “Müasir reallıqlarda rəqəmsallaşma – bu sahədə vacib şərt” mövzusunda keçiriləcək plenar iclasında iştirak edəcək.