Abşeron yarımadasının bəzi yerlərində noyabrın 12-də gün ərzində fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometrologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Məlumatda qeyd edilib ki, havanın temperaturu gecə 8-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.