“Dekabrın 14-də, İordaniyada Qırmızı dəniz sahilində yerləşən Əqabə şəhərində Suriyadakı vəziyyətlə bağlı ərəblərarası toplantı keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Mamlaka” telekanalı məlumat yayıb.
“Ərəb Liqasının Misir, İordaniya, İraq, Livan və Səudiyyə Ərəbistanının daxil olduğu Suriya üzrə nazirlər komitəsinin üzvləri Əqabədə toplanacaq və onlara Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarlar da qoşulacaq. Bu görüşdən sonra İordaniyada Türkiyə xarici işlər naziri, ABŞ dövlət katibi və Avrpa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri ilə 8 ərəb nazirinin görüşü keçiriləcək və burada BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak edəcək. Əqabədəki görüşlərdə Suriya xalqının istəklərinə cavab verən, dövlət qurumlarının bərpasını təmin edən BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq keçid dövrünün həyata keçirilməsi məqsədilə Suriyada inklüziv siyasi prosesi dəstəkləməyin mümkün yolları müzakirə olunacaq”, – məlumatda bildirilib.