Xəbərlər

“Sən, ey uşaqlıq” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenari müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb.

“Füyuzat” ın məlumatına görə,  bu barədə AKİ-dən məlumat verilib.

Bildirilib ki, ittifaqın elektron ünvanına 39 adda ssenari daxil olub. Texniki parametrlərə cavab verməyən 8 ssenari müsabiqədən kənarlaşdırılıb, 31 ssenari isə seçim mərhələsinə buraxılıb. Müsabiqənin əvvəlində qeyd edildiyi kimi, birinci tura keçid almış ssenarilər iyulun 15-də, qalib ssenarilər isə avqustun 2-də elan olunacaq. Birinci turun nəticələri elan olunanda, müsabiqənin münsiflər heyətinin tərkibi də ictimaiyyətə açıqlanacaq.

Qaliblər diplom və pul mükafatı ilə (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) təltif ediləcəklər.