İsrail hakimiyyəti Şərqi Qüdsdə UNRWA-nın altı məktəbinin bağlanması barədə göstəriş verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə qurumun “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş bəyanatında bildirilib.
“Qüds bələdiyyəsinin İsrail rəsmiləri təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Şərqi Qüdsdə yerləşən UNRWA-nın altı məktəbinə basqın edərək, onların 30 gün ərzində bağlanmasını əmr edib”, – bəyənatda qeyd olunub.