Xəbərlər

Səudiyyə vəliəhdi Rubio ilə görüşüb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Ciddə şəhərinə gələn ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Verilən məlumata görə, iki ölkənin siyasi xadimləri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi imkanlarını nəzərdən keçirib, beynəlxalq və regional təhlükəsizliyə nail olmaq üçün səyləri müzakirə ediblər.