Çin sədri Si Cinpin iyunun ikinci yarısında Qazaxıstana səfər edəcək və respublika prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı Kasım-Jomart Tokayevin dəvəti ilə iyunun 16-17-də Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstan Respublikasına səfər edəcək. Səfər zamanı yüksək səviyyədə ikitərəfli görüş nəzərdə tutulub. Görüşdə Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq”, – məlumatda qeyd edilib.
Mətbuat xidməti əlavə edib ki, ikinci Mərkəzi Asiya-Çin sammiti iyunun 17-də Astanada keçiriləcək. Bu formatda ilk sammit 2023-cü ilin mayında Çinin Sian şəhərində baş tutub.