Xəbərlər

Si Cinpin: NATO-nun Belqraddakı Çin səfirliyini bombalamasını heç vaxt unutmayacağıq

“Çin 1999-cu ildə NATO-nun Çinin Belqraddakı səfirliyinə endirdiyi hava zərbəsini heç vaxt unutmayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Serbiyanın “Politika” qəzetinə yazdığı məqalədə prezident Si Cinpin bildirib.

“İyirmi beş il əvvəl NATO Çinin Yuqoslaviyadakı səfirliyini bombaladı və nəticədə üç çinli müxbir öldürüldü. Biz bunu heç vaxt unutmayacağıq. Çin xalqı sülhə dəyər verir, lakin biz heç vaxt belə faciəvi hadisənin təkrarlanmasına imkan verməyəcəyik”, – o vurğulayıb.

Cinpin əlavə edib ki, qanla möhürlənmiş Çin-Serbiya dostluğu Çin və Serbiya xalqlarının ortaq yaddaşıdır.

Xatırladaq ki, 1999-cu il mayın 7-də Yuqoslaviyaya qarşı hərbi əməliyyat zamanı NATO təyyarələri Çinin Belqraddakı səfirliyinin binasına zərbələr endirib. Nəticədə 3 nəfər ölüb, 21 nəfər yaralanıb.