“Çin-Rusiya münasibətləri üçüncü tərəfə qarşı yönəlməyib”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.
“Çin və Rusiya qlobal strateji sabitliyin qorunmasına və qlobal idarəçiliyin təkmilləşdirilməsinə konstruktiv töhfələr verən əhəmiyyətli güclərdir. Çin-Rusiya münasibətləri aydın tarixi məntiqə və zəngin mədəni kökə malikdir. Bu münasibətlər üçüncü tərəflərə qarşı yönəlməyib və onların təsirinə tabe deyil”, – dövlət başçısı bildirib.