Çin prezidenti Si Cinpin ciddi dağıntılara səbəb olmuş zəlzələnin baş verdiyi Tibet Muxtar Bölgəsində sakinlərin xilas edilməsi və onlara yardım göstərilməsi üçün maksimum səy göstərilməsini əmr edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“İnsanların axtarışı və xilas edilməsi, yaralılara tibbi yardımın göstərilməsi və mümkün itkilərin qarşısını almaq üçün hər cür səy göstərilməlidir”, – Çin lideri vurğulayıb.