Xəbərlər

Si Tsinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Çin prezidenti Si Tsinpin Ukrayna böhranının nəzarətdən çıxmasının qarşısını almaq və mümkün qədər tez sülhü bərpa etmək üçün dörd prinsip təklif edib.

“Füyuzat”ın məlumatına görə, o, bunu Pekində Almaniya kansleri Olaf Şoltsla görüşü zamanı deyib.

Tərəflər Ukrayna böhranı ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

“Birincisi, sülhün və sabitliyin qorunub saxlanmasını prioritet hesab etməliyik və eqoist mənfəət güdməkdən çəkinməliyik. İkincisi, odun üstünə yağ tökməkdənsə, vəziyyəti soyutmalıyıq. Üçüncüsü, sülhün bərpası üçün şərait yaratmalı və gərginliyi daha da artırmamalıyıq. Dördüncüsü, biz qlobal iqtisadiyyata mənfi təsirləri azaltmalı və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini pozmaqdan çəkinməliyik”, – Çin lideri bildirib.