Alyaskada aparılan arxeoloji qazıntılar zamanı təxminən 14 min il əvvələ aid mamont dişindən hazırlanmış alətlər və daş alətlər tapılıb. Kəşf Tanana vadisində qeydə alınıb.
“Füyuzat” xəbər verir ki, bu barədə “ScienceAlert” məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, bu alətlər indiyədək qitədə ən qədim insan mədəniyyəti hesab edilən Klouvis mədəniyyətindən daha əvvəlki dövrə aiddir. Bu isə insanların Şimali Amerikaya düşünüləndən daha erkən gəldiyini göstərir.
Tədqiqatçılar hesab edirlər ki, ilk insanlar Asiyadan Beringiya quru körpüsü vasitəsilə köç ediblər və Alyaskada erkən məskunlaşıblar.
Bu tapıntılar gələcək arxeoloji tədqiqatlar üçün mühüm məlumat mənbəyi olacaq.



