Xəbərlər

Şimali Koreya Cənubi Koreyaya nüvə müharibəsi barədə xəbərdarlıq edib

Cənubi Koreyada təsadüfən yaşayış məntəqəsinin bombalanmasından sonra Şimali Koreya buna çox sərt reaksiya verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

“Bu hadisə göstərdi ki, ABŞ və müttəfiqlərinin təlimləri iddia olunduğu kimi Koreyada və regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş hərəkətlər deyil, dünyada ilk nüvə müharibəsinə gətirib çıxara biləcək təhlükəli fəaliyyətlərdir”, – məlumatda bildirilib.