Şimali Koreya ilk dəfə Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya İşçi Partiyası Mərkəzi Hərbi Komissiyasından bildirilib.
“Şimali Koreya əsgərləri Kursk vilayətində qəhrəmancasına uğur qazandı. Rusiyanın Ukraynanın avantürist işğalını dəf etmək üçün həyata keçirilən Kursk bölgəsinin azad edilməsi əməliyyatı qələbə ilə başa çatdı. Silahlı Qüvvələrimiz əzmkarlıq nümayiş etdirərək yüksək döyüş ruhunu tam şəkildə nümayiş etdirdi. Bizim Silahlı Qüvvələrimiz neonasist Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib”, – məlumatda qeyd olunub.