Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn yanvarın 26-da Belarusda keçirilən prezident seçkilərindəki qələbəsi münasibətilə Aleksandr Lukaşenkonu təbrik edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
“Yenidən Belarus Respublikasının Prezidenti seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Fürsətdən istifadə edərək, KXDR ilə Belarus Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafeyinə uyğun olaraq daha da inkişaf edəcəyinə ümidvar olduğumu bildirirəm”, – təbrik məktubunda qeyd olunub.