Xəbərlər

Simonyan: Ermənistan KTMT ilə bağlı mövqeyinə yenidən baxmayacaq

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyinə yenidən baxmaq niyyətində deyil”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.

“KTMT baxımından biz nəyi nəzərdən keçirməliyik? KTMT həqiqətən mövcuddurmu? Əgər mövcuddursa, sərhədimizin harada olduğunu, təşkilat kimi nə etməli olduğunu və nə etmədiyi bəyan etməlidir, – Simonyan bildirib.