“İndiki Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərini tənzimləməyə çalışacaq, eyni zamanda Fransa və ABŞ ilə əlaqələr qurmaq niyyətində olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə müsahibəsində deyib.
“Ermənistanın öz gündəmi olduğu kimi, Rusiyanın, İranın da öz gündəmi var. Diplomatiyanın vəzifəsi öz maraqlarına xidmət etməkdir. Yalnız bir siyasi xətti olan ölkələr dünya xəritəsindən silinib gedir. Ermənistanın Fransa və ABŞ ilə mehriban münasibətləri var və bu münasibətlər davam edəcək. Biz Rusiya ilə də münasibətlərimizi tənzimləməyə çalışacağıq. Bu, normal prosesdir. Ermənistan iqtisadiyyatını tamamilə ələ keçirmək üçün heç bir ifrata varmamaq şərti ilə bütün tərəflərlə tarazlıq saxlamaq lazımdır”, – o əlavə edib.