Xəbərlər

Sirski: Qoşunların Sudjadan çıxarılmasına göstəriş vermişəm

“Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiyanın Kursk vilayətinin Sudja şəhərindən çıxışın təmin edilməsi ilə bağlı əmr alıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sirski bildirib.

“Müdafiə qüvvələrinin bölmələri daha sərfəli mövqelərə keçmək üçün manevr edirlər. Pilotsuz komponentlərdən, həmçinin artilleriya silahlarından istifadə olunur. Bunun üçün bütün lazımi əmrləri vermişəm”, – o qeyd edib.

Baş komandan Ukrayna Silahlı Qüvvələrinin şəhərdən çıxarılması barədə birbaşa məlumat verməyib, lakin qeyd edib ki, “Sudja və onun ətrafındakı rayonlarda” aktiv hərbi əməliyyatlar aparılır.