“Macarıstan ABŞ prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyir və təşkilatla əməkdaşlığı davam etdirib-etdirməməyi düşünür”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Trampın bu addımı tamamilə başa düşüləndir. Son vaxtlar Beynəlxalq Cinayət Məhkəməsi qərəzli siyasi alətə çevrilib və bütün beynəlxalq məhkəmə sistemini gözdən salıb. Onun qərarları münaqişələrin hökm sürdüyü və qarışıqlığın olduğu regionlarda qeyri-müəyyənliyi daha da gücləndirir”, – o qeyd edib.