Xəbərlər

Siyarto: Macarıstan Trampı Orbanın siyasi müttəfiqi hesab edir

“Macarıstan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa Baş nazir Viktor Orbanın siyasi müttəfiqi kimi baxır”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto yanvarın 20-də ABŞ-ın 47-ci prezidentinin qarşıdan gələn andiçmə mərasimi ilə bağlı deyib.

“Biz Macarıstan-Amerika əməkdaşlığında yeni imkanların və qızıl dövrün yaranmasını gözləyirik. Çünki Donald Tramp və Viktor Orban, şübhəsiz ki, siyasi müttəfiqlərdir, onların dünyanın üzləşdiyi ciddi çağırışlara eyni şəkildə yanaşdıqları, eyni mövqedən çıxış etdikləri aydındır”, – o əlavə edib.