Xəbərlər

Siyarto: Macarıstan Trampın BMT-ni tənqid etməsini dəstəkləyir

“Macarıstan ABŞ prezidenti Donald Trampın BMT-yə ünvanladığı tənqidi fikirlərlə razılaşır və hesab edir ki, təşkilatda islahatlar aparılmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına səfərindən sonra deyib.

“Trampın tənqidi haqlıdır, BMT bu gün səmərəli işləmir, ona görə də o, tez-tez üzv dövlətlərə kömək etmək əvəzinə onlara müdaxilə edir”, – o qeyd edib.