“Moskva və Vaşinqton arasında aparılan danışıqlar beynəlxalq təhlükəsizliyi gücləndirib və Ukrayna böhranının eskalasiya riskini azaldıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“ABŞ və Rusiya arasında davam edən danışıqlar dünyanı daha təhlükəsiz yerə çevirdi, çünki ən azı müharibənin eskalasiyası riski bir qədər azalıb. Biz öz tarixi təcrübəmizdən bilirik ki, Şərqlə Qərb arasında normal əməkdaşlıq bizim üçün xeyirlidir, Şərqlə Qərb arasında düşmənçilik pisdir, ona görə də biz ABŞ-Rusiya danışıqlarını dəstəkləyirik. Bu danışıqların uğuru milli təhlükəsizliyimizin maraqlarına cavab verir”, – nazir qeyd edib.