Xəbərlər

Somali Türkiyə ilə imzalanan müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ratifikasiya edib

Somali Nazirlər Kabineti Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıq sahəsində imzalanan sazişi təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Somalinin informasiya naziri Daud Aweis açıqlama verib.

“Nazirlər Kabineti NATO üzvü və Somalinin yaxın müttəfiqi olan Türkiyə ilə imzalanan müdafiə sahəsində əməkdaşlıq müqaviləsini təsdiqlədi. Bu 10 illik müqavilə əməkdaşlıq səylərini əhəmiyyətli dərəcədə gücləndirəcək”, – Aweis bildirib.

Qeyd edək ki, fevralın 8-də Türkiyə ilə Somali arasında müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edən Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi imzalanıb.