Xəbərlər

Spiegel: Almaniya Ukraynanın PUA istehsalını maliyyələşdirəcək

Almaniya hökuməti Ukraynanın hücum xarakterli pilotsuz uçuş aparatlarının (PUA) istehsalını milyonlarla avroya qədər maliyyələşdirəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Der Spiegel” jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.

Onların fikrincə, sövdələşmə “üç rəqəmli milyon” məbləğində olacaq. Konkret olaraq, söhbət təxminən 2 min km məsafədəki hədəfləri vura biləcək An-196 (“Lyutı”) tipli uzaqmənzilli dronların istehsalından gedir.

Nəşr yazır ki, Ukrayna Almaniyanın köməyi sayəsində bir neçə yüz belə PUA istehsal edə biləcək.