Böyük Britaniyanın Baş naziri Keir Starmer Avropa ölkələrini Moskva ilə Kiyev arasında sülh razılaşması olacağı təqdirdə təhlükəsizliyi təmin etmək və Rusiyanı cilovlamaq üçün əvvəlcədən plan hazırlamağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Starmer “The New York Times” qəzetinə müsahibəsində bildirib.
“Biz oturub sövdələşməni gözləyə bilmərik”, – o qeyd edib.