Xəbərlər

Starmer: Avropa Kiyevə yardımı artırmalı olacaq

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də Ağ Evə qayıtdıqdan sonra Avropa Ukraynaya daha çox yardım etməli olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer çıxışında deyib.

“Bəli, düşünürəm ki, biz, həqiqətən də, Ukrayna üçün daha çox iş görməliyik. Mən əminəm ki, Donald Tramp ABŞ-ın münaqişənin həllində mühüm rolunu aydın şəkildə dərk edir. Ukraynanın bütün digər müttəfiqlərinin hərbi dəstəyi artırması və Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya ilə mümkün danışıqlar üçün ən güclü mövqeyə çatdırması Kiyev üçün həyati əhəmiyyət kəsb edir. Britaniya Ukraynaya sülhməramlıların göndərilməsi də daxil olmaqla, münaqişənin həlli üçün istənilən mümkün təşəbbüsdə tam rol oynamaq niyyətindədir. Qoşunların yerləşdirilməsi uzunmüddətli və effektiv şəkildə olmalıdır”, – Baş nazir vurğulayıb.