Xəbərlər

Starmer: Avropa Ukrayna nizamlanmasında tam şəkildə iştirak etməlidir

“Avropa Ukrayna münaqişəsinin həllində tam iştirak etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer “Fox News”a müsahibəsində bildirib.

“Mən hesab edirəm ki, Avropa ölkələri, o cümlədən Böyük Britaniya nizamlanma prosesində tam şəkildə iştirak etməlidir. London aparıcı rolu öz üzərinə götürməyə hazırdır. Müzakirələr sülhməramlı kontingent kimi quru qoşunlarının göndərilməsini, həmçinin mümkün hava və dəniz dəstəyini əhatə edə bilər”, – Baş nazir qeyd edib.