“Britaniya Ukraynaya ölümcül silahlardan ibarət hərbi yardımı artıracaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmerin Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
“Ukraynanın güclü təhlükəsizlik təminatlarına, davamlı ölümcül yardıma və suveren gələcəyə ehtiyacı var. Starmer Britaniyanın Ukraynanın NATO-ya üzvlüyü məsələsinə sadiqliyini bəyan edib. Ukraynasız Ukrayna ilə bağlı heç bir danışıqlar mümkün deyil”, – məlumatda qeyd olunub.