Son 30 ildə münaqişəni, onun ağrı-acıları fonunda münasibətləri bərpa etmək, sülh sazişini razılaşdırmaq üçün böyük səylər tələb olunur.
“Füyuzat”ın məlumatına görə, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.
Almaniya Prezidenti deyib ki, razılaşma üçün çox gözəl an yaranıb və bundan mütləq istifadə etmək lazımdır: “Razılaşma imzalanandan sonra onun reallığa çevrilməsi hələ uzun illər tələb edəcək. Etibarlı barışıq üçün uzun müddət tələb olunur. İlk addım isə sülh sazişinin imzalanmasıdır. İnanıram ki, bu, baş tutacaq”.