“İlk prezidentlik dövründə Donald Trampın administrasiyası altında NATO-da Ukraynanı öldürücü silahlar, o cümlədən “Javelin” raket sistemləri ilə təchiz etməyə başlayan ilk ölkə ABŞ olub”.
“Füyuzat”ın məlumatına görə, bunu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş tədbirdə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq ABŞ-ın Kiyevə dəstəyi dayandıracağına şübhə etdiyini bildirib: “Yaxşı xatırlayıram, 2014-2016-cı illərdə Krımdan sonra NATO ölkələrinin mövqeyi belə idi ki, Rusiyanı təhrik etməmək üçün Ukraynaya öldürücü silahlar verməyə ehtiyac yoxdur. O cümlədən Javelin”.
“Əsas məsələ Trampla danışmaqdır. Əgər, onun administrasiyasının nə edəcəyinə dair şübhə yaranarsa, Vaşinqtona gedib bunu müzakirə etmək lazımdır”, – o, NATO ölkələrinin digər rəhbərlərinə tövsiyə edib.