Sudan ordusuna məxsus hərbi təyyarə çərşənbə axşamı paytaxt Xartumun kənarında qəzaya uğrayıb, çoxlu sayda zabit və mülki vətəndaş həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” məumat yayıb.
“Xəsarət alanlar xəstəxanaya çatdırılıb, yanğınsöndürmə qrupları qəza yerində alovun qarşısını almağa müvəffəq olub”, – məlumatda bildirilib.