“OpenAI-nin ən son modelləri, GPT o3 və o4-mini, insan düşüncəsini daha yaxından təqlid etmək üçün hazırlanmışdır. Ancaq son araşdırmalar göstərdi ki, bu modellər daha ağıllı olsa da, yanıltıcı məlumatlar da yaradır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Techtimes” nəşri məlumat yayıb.
Süni intellektlə işləyən çatbotlar ilk dəfə ortaya çıxdıqdan sonra yalnış məlumatın işlənməsi davamlı problem olaraq qalır. Hər yeni model təkminləşdirildiyi zaman bu xətaların azalacağı gözlənilirdi. Bununla belə, OpenAI-nin son yeniləmələri, əksinə, yanlış məlumatların artdığını göstərir.