Xəbərlər

Suriya: ABŞ bazalarının gələcəyi müzakirə olunur

“Suriyanın yeni hakimiyyət orqanları ABŞ prezidenti Donald Trampın administrasiyası ilə Suriya ərazisindəki Amerika bazalarının gələcəyini müzakirə edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Suriya keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kəsra deyib.

“Amerika administrasiyasına və Suriyanın yeni hökumətinə bu məsələni həll etmək üçün müəyyən qədər vaxt lazımdır. Hazırda bu mövzu ilə bağlı danışıqlar aparılır”, – o qeyd edib.