Suriyada vəzifəsi ölkənin əsas qanunlarına dəyişiklik etmək olan konstitusiya komitəsi yaradılacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına Suriya müxalifətinin siyasi departamentinin nümayəndəsi məlumat verib.
“Əvvəllər qəbul edilmiş konstitusiyaya yenidən baxılması və ona əlavə və dəyişikliklərin edilməsi üçün konstitusiya komitəsi yaradılacaq”, – məlumatda qeyd olunub.