Suriyanın yeni hakimiyyət orqanları respublikanın Müdafiə Nazirliyini (MN), o cümlədən onun Baş qərargahını fərari zabitlərdən təmizləyərək yenidən təşkil etmək niyyətindədir.
“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin keçid hökumətinin başçısı Məhəmməd əl-Bəşir “Əl-Cəzirə” telekanalına bildirib.
“MN əməkdaşlarının əksəriyyəti ya qaçaraq silahlarını atıb, ya da evlərinə qayıdıblar. Söhbət qanlı cinayətlərdə iştirak edənlərdən gedir”, – əl-Bəşir əlavə edib.
Onun sözlərinə görə, hazırda Suriyanın şimal-qərbində fəaliyyət göstərən qurtuluş hökumətində təhlükəsizliyi Daxili İşlər Nazirliyi yanında dövlət mühafizə xidmətinin əməkdaşları təmin edir: “Bu, hazırda azad edilmiş şəhərlərə daxil olan və təhlükəsizliyi və sabitliyi təmin edən bölmədir”.
Keçmiş hökumətin təhlükəsizlik qüvvələrinin taleyindən danışan əl-Bəşir Suriyanın yeni hakimiyyət orqanlarının statuslarını tənzimləmək və silahlarını təhvil vermək üçün mərkəzlər açılmasına aydınlıq gətirib: “Biz qanlı cinayətlərə qarışmayan və silahını yerə qoyanların sağ-salamat olacağına dair mesajlar göndərdik”.